Cəmiyyət

Bakıda 30 yaşlı kişi qəza zamanı xəsarət alıb

Sharing is caring!


Bakının Nəsimi rayonunda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1993-cü il təvəllüdlü Əlicanov Şahmar Şingər oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir