Cəmiyyət

Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdirilə bilər

Sharing is caring!


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

Bu barədə BNA-dan bildirilib.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq.

Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir