Cəmiyyət

Bakıda 23 yaşlı qadın motosikletçi qəza törədib

Sharing is caring!


Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2000-ci il təvəllüdlü Pirmalıyeva Sevinc Ceyhun qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dəmir maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir