Cəmiyyət

Paytaxtda sərnişin avtobusu “Mercedes”lə toqquşdu – FOTO

Sharing is caring!


Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir