Cəmiyyət

Xətai rayonunda 84 yaşlı kişini avtomobil vurub

Sharing is caring!

Bakının Xətai rayonunda qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1939-cu il təvəllüdlü Heydərov Kərim Məlik oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir