Cəmiyyət

Etibar Məmmədov: “Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif ediləcək” – VİDEO

Sharing is caring!

“Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, içməli su maya dəyərindən aşağı satılır:

“Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf ölkələrinə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar”.

E.Məmmədov bildirib ki, cəmiyyət tərəfindən tariflərə gələcəkdə baxılması üçün proqram hazırlanır:

“Qiymətlərə Tariflər Şurası baxır. Amma biz tariflərə yenidən baxılması proqramı ilə çıxış etmək istəyirik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir