Cəmiyyət

Bakıda kişi idman zalında məşq edən zaman öldü

Sharing is caring!

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən idman zallarından birində qeydə alınıb.

1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir