Cəmiyyət

Etibar Məmmədov: “Azərbaycanda içməli sudan təyinatı üzrə istifadə edilmir”

Sharing is caring!

“Bu gün Azərbaycanda içməli sudan təyinatı üzrə istifadə edilmir. Əksinə içməli sudan texniki su kimi istifadə edilir”.

Oxu.Az-ın məlumatına görə, ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, içməli su vasitəsilə ağacların suvarılması, maşınların yuyulması həyata keçirilir:

“Bu istiqamətdə “Azərsu” ASC Su Komissiyasına təkliflər verib”.

Sədr müavini əlavə edib ki, Bakı şəhərinin ətraf qəsəbələri – Sabunçu, Binəqədi, Suraxanı və Abşeron rayonlarında su itkiləri çoxdur:

“Düzgün olmayan şəbəkələrin çəkilməsi və paylayıcı şəbəkənin yararsız olması buna səbəb olur”.

O qeyd edib ki, bu il də sayğac olmayan ərazilərdə işlər aparılacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir