İdman

“Qarabağ”ın rəqibi “Portu”ya uduzub

Sharing is caring!


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu komanda XVII turda “Portu”nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Portu” xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir. “Braqa” isə 33 xalla dördüncüdür.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir