Cəmiyyət

Yaşlı kişi qardaşı oğlunu döydü, oğlu ot tayasını yandırdı – Hacıqabulda ŞOK OLAY

Sharing is caring!

Hacıqabul rayonunda 1959-cu il təvəllüdlü Xatir şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı oğlu İftixarı döyüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xatirin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb. 

İş üzrə izahat verən Xatir bildirib ki, İftixar oğlu Xəyalla torpaq üstündə mübahisə edib:

“Bu zaman Xəyal İftixara məxsus heyvan saxlanan damda ot tayasını kibritlə yandırıb. Buna əsəbiləşərək İftixara və Xəyala hərəsinə bir şillə vurmuşam. Özüm 2-ci qrup əliləm, onkoloji xəstəlikdən əziyyət çəkirəm. Əməlimdən peşman olmuşam”.

Zərərçəkmiş İftixarın sözlərinə görə, atası rəhmətə gedəndən sonra əmisi oğlu Xəyalla dəfələrlə torpaq üstündə mübahisələri düşüb:

“Xəyal mənim adıma olan torpaqları bölmək istəyir. Hadisə günü, Xəyal yenidən mənimlə mübahisə etdi. Hacıqabul rayonu Qarasu kəndində mənə məxsus olan heyvan saxlanan damda ot tayasını kibritlə yandırdı. Həmin vaxt əmim Xatir oraya gələrək məni şillə ilə vuraraq döydü. Odur ki, onu törətdiyi əmələ görə bağışlamıram. Onun cəzalandırılmasını xahiş edirəm”.

Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə Xatir 300 manat miqdarında cərimə olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir