Cəmiyyət

Zaqatalada yol polisləri xanım sürücüləri və piyadaları təbrik ediblər – FOTO

Sharing is caring!

Zaqatalada Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin küçə və prospektlərində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 30-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.

Tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıblar. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir