Cəmiyyət

İki övladı da xəstə olan ana imdad diləyir: “Övladlarımın yaşamağı üçün kömək edin” – FOTO/VİDEO

Sharing is caring!

Gülnarə və Zəhra Əsədovaların sağalmaları üçün dəstəyə ehtiyac var.

Bu barədə Oxu.Az-a onların anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, qızları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. 

“Gülnarənin 10 yaşı var. İki il əvvəl gecələr yatağına sidik qaçırdığı üçün həkimə müraciət etdik. Müayinələr nəticəsində bildik ki, Gülnarənin böyrəklərindən biri 100% işləsə də, digər böyrəyi cəmi 20% işləyir. Həkim hələ ki, müalicə olunmasını tövsiyə edib. Gülnarənin 3 aylıq dərmanları 1000-1200 manat tutur”.

Leyla Əsədova qızı Zəhranın vəziyyətinin daha ağır olduğunu deyib:

“Zəhra anadangəlmə qapalı spina bifida (onurğa beynin anadangəlmə inkişaf qüsurudur) xəstəliyindən əziyyət çəkir. Beş yaşı olanda bağırsaqlarının 90%-i çürüdüyünə görə çıxarılıb. Beyninə isə sidiyə getmək siqnalı çatmır. Bu isə ona dəhşətli ağrılar verir. Zəhra hazırda iki əməliyyat keçirməlidir, biri sidiyə getmək siqnalı ilə bağlı, biri də çanaq başının ovulmasına görə olan əməliyyatdır. Sidik siqnalı üçün olan əməliyyata 10 500 dollara ehtiyac olsa da, digər əməliyyat üçün lazım olan məbləği hələ bilmirik”.

İki övladı da xəstə olan ana yardımsevər şəxslərdən imdad diləyib:

“Uşaqların vəziyyətinə görə özüm işləyə bilmirəm, tək yoldaşım kuryer işləyir. Onun aldığı maaşla uşaqların qidalarını ancaq çatdıra bilirik. Yoldaşım uşaq evində böyüyüb, mən isə bir müddət əvvəl anamı itirmişəm. Bizə dəstək olacaq heç bir qohum, heç bir yaxınımız yoxdur. Uşaqların vəziyyəti günü-gündən ağırlaşır. Onların gözümün önündə belə ağrı çəkməyinə dözə bilmirəm. Yardımsevər şəxslərdən, imkanı olan şəxslərdən övladlarıma kömək olmalarını, onların müalicəsi üçün bizə yardım etmələrini xahiş edirəm, yalvarıram. Bir ananın iki övladı ilə sınağa çəkilməsi, inanın ki, çox ağırdır”

Ailə ilə əlaqə: 070 982 76 26

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir