Cəmiyyət

Şəhid Şəhriyar Əlibəylinin anası: “Evimin tək uşağı, gözümün nurunun bu evdə toyunu edəcəkdim” – FOTO

Sharing is caring!

“Keçən ay bu binada toy oldu. Şəhriyara zəng elədim ki, sənin toyun nə vaxt olacaq, bala? Dedi ki, bu ayın 31-də. Onda başa düşmədim ki, ay 31-dən deyil, axı”.

Oxu.Az xəbər verir ki, bunu şəhid Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib.

Şəhid anası deyib ki, illərlə evimiz olmadı, kirayələrdə qaldıq:

“Şəhriyar gəldi ev aldı. Evimin tək uşağı, gözümün nurunun bu evdə toyunu edəcəkdim. Balam 44 günlük Vətən müharibəsinə gedəndə özüm yola saldım. Sağ salamat qayıtdı gəldi, qəhrəman ana oldum. Mən hamının uşağına Vətəni, torpağı sevməyi öyrətdim. Balam da Vətəni hamıdan, canından çox sevdi”.

Qeyd edək ki, şəhidin anası Sahilə Əliyeva biologiya müəlliməsidir. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir