Cəmiyyət

Şamaxının Göylər kəndi susuz qaldı: 12 minə yaxın sakin çətin vəziyyətdədir – VİDEO

Sharing is caring!

Şamaxının 12 minə yaxın sakini olan Göylər kəndi su üzünə həsrət qalıb.

Xezerxeber.az-ın məlumatına görə, kəndlilər bildirirlər ki, dərdlərinə carə tapılmır.

Əvvəllər su götürdükləri bulaqlar quruyub. Kənddə artıq demək olar ki, su yoxdur.

Sakinlər bildiriblər ki, ehtiyaclarını yağış suyu hesabına ödəyirlər. Ya da su üçün kənddən 1 kilometr aralıda yerləşən bulağa gedirlər. Məcburiyyətdən bəzən 40 manat verib maşınla su gətizdirirlər.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Çingiz Kərimov bildirib ki, problemin kompleks həlli üçün külli miqdarda vəsait lazımdır.

Sədr həmçinin əlavə edib ki, yaxın zamanlarda aidiyyəti qurumlar tərəfindən  məsələ ilə bağlı müsbət cavabın verilməsinə ümid edilir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir