Cəmiyyət

Kliniki Tibbi Mərkəzdən müəssisənin həyətinin antisanitariya yuvasına çevrilməsi ilə bağlı iddialara CAVAB

Sharing is caring!

1 saylı Kliniki Tibbi Mərkəz (“Semaşko”) antisanitariya yuvasına çevrildiyi, xəstəxana həyətində xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş iynələrin ehtiyatsız formada atıldığı iddia edilirdi.

Oxu.Az-ın irəli sürülən iddialarla bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə sorğu ünvanlayıb. Mərkəzin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Kliniki Tibbi Mərkəzin ərazisindən tibbi tullantıların daşınması qaydalara uyğun olaraq həyata keçirilir:

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında qərarına əsasən, müalicə profilaktika müəssisələrində tullantıların təsnifatı tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkili bir neçə hissədən ibarətdir. Bu qaydalarda  tibbi tullantıların idarə olunması tibb bölmələrinin daxilində tullantıların toplanması, tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi, tullantıların müalicə profilaktika müəssisələrinin ərazisində müvəqqəti saxlanması, konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması kimi təsnif olunur.

Kliniki Tibbi Mərkəzin ərazisindən tibbi tullantıların daşınması qaydalara uyğun olaraq həyata keçirilir. Görüntülərin qeydə alındığı dövrdə təhkim olunan avtomobildə texniki problem olduğundan daşınma prosesində bir qədər yubanma baş verib. Problem artıq həll olunub və tullantıların daşınmasına başlanılıb. Eyni zamanda, prosesə nəzarət sistemi də gücləndirilib”.

Qeyd edək ki, iddialar arasında tullantıların bütün şöbələrdə sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərə atıldığı qeyd edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir