Cəmiyyət

Bakıda moped ilə polis maşını toqquşublar – FOTO

Sharing is caring!

Ötən gün Səbail rayonunda moped ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis alayı maşını toqquşublar.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, ötən gün saat 18:05-də moped sürücüsü yolun sol zolağı ilə hərəkət edən zaman 77-PF-578 dövlət qeydiyyat nişanlı, Əlahiddə Çevik Polis Alayına məxsus avtomobilin sürücüsü yan güzgülərə baxmadan əks istiqamətə dönüb.

Nəticədə moped sürücüsü yaralanıb.

İddia edilib ki, avtomobilin sayrışan işıqları sönmüş vəziyyətdə olub və sürücü məsuliyyətdən qaçmaq istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Səbail rayonunda manevr qaydalarını pozan moped ərazidə xidmət aparan polisin xidməti avtomobilinə dəyib:

“Mopedin sürücüsü polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyat və sağlamlığı üçün təhlükə yoxdur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir