Cəmiyyət

Şamaxıda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs olunub – VİDEO

Sharing is caring!

Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarına riayət etməyərək digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ramil Babayev idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində davamlı şəkildə qaydaları kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs müəyyən olunaraq şöbəyə gətirilib.

R.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati həbs olunub və sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir