Cəmiyyət

Ağcabədidə beş mədəniyyət müəssisəsinin rəhbərlərinə töhmət verilib

Sharing is caring!

Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən beş müəssisəsinin rəhbərinə töhmət verilib.

“Report”un məlumatına görə, bununla bağlı idarə rəisi Qalib Hasanov əmr imzalayıb.

Əmrlə Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayevə, Ağcabədi rayon Kəhrizli kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Məmmədova, Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Şahnaz Əhmədovaya, Laçın Rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıx Axundova, Laçın rayon Şəmkənd kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Qəmər Hüseynovaya töhmət verilib.

Onlara töhmət verilməsinə səbəb isə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əməkdaşların əmək müqaviləsi bildirişlərinin icrasına vaxtında və düzgün qaydada yerinə yetirilməsinə nəzarət, eyni zamanda işdən azad edilmiş əməkdaşların xitam əmrləri haqqında məlumatları qanunda nəzərdə tutulmuş müddət ərzində sistemə daxil etmədikləri olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir