Cəmiyyət

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib

Sharing is caring!

“Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ilə qədər icrası nəzərdə tutulan milli ixrac strategiyasında yeni bazarlara çıxış, mövcud bazarlarda mövqeyin möhkəmlənməsi kimi işlər nəzərdə tutulub:

“Xarici və yerli ekspertlərin iştirakı ilə tərtib olunan bu strategiyada Azərbaycanın 100-dən çox potensialı olan məhsullar müəyyənləşdirilib və onların yeni və mövcud bazarlara ixracı ilə bağlı müvafiq işlər görüləcək”.

Y.Abdullayev həmçinin qeyd edib ki, AZPROMO tərəfindən 2022-ci ildə investisiya üzrə bələdçi (“Investment Guide”) hazırlanıb:

“Investment Guide” bütün beynəlxalq tədbirlərdə xarici qonaqlara, investorlara təqdim olunub. İnvestisiya bələdçisində qısa məlumatlar, ölkənin bütün sahələr üzrə potensialı haqqında, bazara giriş üçün investora lazım olan ilkin məlumatlar təqdim olunub. Bu bələdçinin gələcəkdə yenilənməsi nəzərdə tutulur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir