Cəmiyyət

TƏBİB intihara cəhd edən jurnalistin son durumunu AÇIQLADI

Sharing is caring!

TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 27.02.2023-cü il tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü vətəndaşın vəziyyəti stabildir. 

Hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb. Xatırladaq ki, o, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri olub.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir