Cəmiyyət

Yeddi yaşlı qız dəfələrlə şiddətə məruz qalıb – FOTO

Sharing is caring!

Abşeron rayonunda yeddi yaşlı qız şiddətə məruz qalıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, İ.İ. dəfələrlə fiziki zorakılığa məruz qalıb. 

Qeyd edilib ki, uşağın erkən yaşında anası vəfat edib. Qadının iki azyaşlı övladı qalıb. Ata ikinci dəfə ailə qurub.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsində artıq təhqiqat araşdırmalarına başlanılıb:

“Tərəflərin hər biri bölməyə dəvət edilib. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlının döyülməsi faktı ilə bağlı məsələ nəzarətə götürülüb:

“Bu barədə müvafiq qurumlara məlumat verilib. Azyaşlının döyülməsi ilə bağlı polis əməkdaşları araşdırma aparırlar. Ekspertizanın rəyinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir