Cəmiyyət

Üç övladı olan gənc ana xərçəng xəstəliyindən əziyyət çəkir: Müalicə üçün dəstəyə ehtiyac var – FOTO

Sharing is caring!

Üç övladı olan 31 yaşlı Fidan Əhmədova xərçəng xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Elşən Əhmədov məlumat verib.  

O bildirib ki, yoldaşı bir ilə yaxındır bu xəstəlikdən əziyyət çəkir.

“Ötən ilin mart ayında Fidanın süd vəzi xərçəngindən əziyyət çəkdiyini öyrəndik. Daha sonra əməliyyat olaraq süd vəzisi götürüldü. Fidanın səhhəti bir müddət yaxşı olsa da, digər müayinələr zamanı bu xəstəliyin onun sümükləri və qaraciyərinə metastaz verdiyi məlum oldu”.

Elşən Əhmədov bildirib ki, yoldaşının müalicəsi üçün maddi dəstəyə ehtiyacları var. 

“Hazırda müalicəni davam etdirməyə inanın ki imkanımız çatmır. Bu bir ildə satılası nəyimiz var idisə satdıq. Bizim üç azyaşlı övladımız var. Mən onları Fidansız böyütməyi təsəvvür belə edə bilmirəm. Onun müalicəsi üçün bizə aylıq 2000-2500 manata ehtiyacımız olur. İmkanlı şəxslərdən bizə yardım etməklərini xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 424 55 14

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir