Cəmiyyət

Mingəçevir sakini dəm qazından boğulub

Sharing is caring!

Bu gün saat 18 radələrində Mingəçevir şəhər sakininin meyiti aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

Onun dəm qazından öldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir