Cəmiyyət

Sumqayıtda minik avtomobili yük maşını ilə toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 43-cü kilometrliyində, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində (Şirvan körpüsü adlanan yerdə) baş verib.

Belə ki, “Kamaz” “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel” markalı avtomobildə olan 1960-cı il təvəllüdlü Nuriyev Tofiq Şahbala oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir