Cəmiyyət

Balakəndə ev yanıb

Sharing is caring!

Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə saat 03:28-də rayonun Katex kəndində, 61 yaşlı Müxlisət Həybullah qızı Həbilovaya məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü, birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin ümumilikdə iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir