Cəmiyyət

“Gender Hub”: “Azərbaycanda hər 116 oğlana nisbətdə 100 qız doğulur”

Sharing is caring!

“Selektiv abort problemi indi bütün dünyada aktualdır. Azərbaycan bu təcrübəni fəal şəkildə tətbiq edən ölkələrin siyahısına başçılıq edir”.

Bunu “Report”a müsahibəsində qadınlara qarşı zorakılıqla mübarizə aparan “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidova deyib.

Onun sözlərinə görə, son məlumatlara görə, Azərbaycanda hər 116 oğlana nisbətdə 100 qız doğulur:

“Bioloji norma isə 100 qızın 102-106 oğlana nisbəti hesab olunur. Bu o deməkdir ki, demoqrafik baxımdan artıq problem var”.

M.Məcidovanın fikrincə, belə davam edərsə, 2050-ci ildə bizdə hər doqquz oğlana yalnız bir qız düşəcək:

“Ona görə də cəmiyyətin diqqətini bu problemə yönəltmək çox vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir