Cəmiyyət

Qeydiyyatsız yaşayan vətəndaşlar evlərdə cərimələnirlər? – AÇIQLAMA

Sharing is caring!

Daxili İşlər Nazirliyi qeydiyyatsız yaşayan vətəndaşların evlərdə cərimə edilməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşın daimi qeydiyyatı varsa, dərhal olduğu yer üzrə qeydiyyata alınır:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir”.

O qeyd edib ki, qanunun tələblərinə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyırlar:

“Əgər vətəndaş cərimə tətbiq olunduqdan sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu, təkrar məsuliyyət yaradır.

Əhali olduğu yer üzrə qeydiyyata düşən zaman müvəqqəti yaşadığı evin çıxarışı tələb edilmir”.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınmasının ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib bir hüquqi prosedur olduğunu bildirib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir