Cəmiyyət

Ağdam rayonunun Abdal kəndi – FOTO

Sharing is caring!

Ağdam rayonunun Abdal kəndi Gülablı kənd inzibati ərazi dairəsində, dağ yamacında yerləşir.

Kənd Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Abdal kəndi noyabrın 20-də Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Abdal kəndinin görüntülərini təqdim edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir