Cəmiyyət

Məhkəmə ana və azyaşlı oğlunu avtomobillə vurub öldürən sürücü ilə bağlı qərar çıxardı

Sharing is caring!

Ali Məhkəmədə Bakıda ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən Taleh Tağıyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edilib, iş baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci aprelin 19-da paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

T.Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobillə Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüblər, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir