Cəmiyyət

10 il sonra dünyaya gələn körpə qaynar suda yanıb: Müalicə üçün dəstəyə ehtiyac var – FOTO

Sharing is caring!

Ailənin 10 il sonra sahib olduğu övladı – 2022-ci il təvəllüdlü Cəlilov Yusif Həsrət oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Cəlilova Nuranə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

“Səhər yeməyi yeyərkən Yusif stola tərəf iməkləyərək süfrəni dartdı. Süfrədəki çaydan onun üzərinə aşdı. İki ayağı dizdən aşağı, bir qolu isə dirsəkdən yanıb. Biz Masallı rayonunun Boradigah qəsəbəsində yaşayırıq. Oğlumu təcili yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirdilər. Həkimlər ona 3-cü dərəcəli termal yanıq diaqnozu qoydular”.

Yusifin anası bildirib ki, Yusif dəri köçürmə əməliyyatı olunsa da, bəzi hissələrdə bu, tutmayıb.

“Yusifin ayaqlarına və əlinə dəri köçürmə əməliyyatı edilib. Ayaqlarında vəziyyət yaxşı olsa da, əlindəki dəri tutmayıb, irinləyir. İmkanımız yoxdur. Uşağı rayon xəstəxanasına aparmaq üçün yoldaşım qonşudan 20 manat borc alıb. Rayon xəstəxanasında da Bakıya getməli olduğumuzu deyirlər. Amma nə Bakıya gəlməyə, nə də Yusifi müalicə etməyə imkanımız yoxdur. Bunun üçün 600 manata ehtiyacımız var. Vəziyyətimiz çox ağırdır. Yardımsevər şəxslərdən övladıma bir dəfə də yardım etmələrini xahiş edirəm. Yusifin ağrıları hədsiz çoxdur, bütün günü ağlayır, ağlamaqdan artıq səsi tutulub” 

Ailə ilə əlaqə nömrəsi: 050 649 15 08

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir