Cəmiyyət

Kürdəmirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var – FOTO

Sharing is caring!

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

İki VAZ-2107 və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər, rayon sakinləri 35 yaşlı Əbilov Namiq Söhrab oğlu və 50 yaşlı Məmmədov Akif Emin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hər iki yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir