Cəmiyyət

Adana Universitetinin rektoru: “Türkiyə bu matəm günlərində yenə də ilk dəstəyi qardaş Azərbaycandan aldı”

Sharing is caring!

“Türkiyə hər zaman ən ağır və ən xoş günlərində ilk dəstəyi Azərbaycandan görüb. Bu matəm günlərində yenə də qardaş dəstəyini hiss etməkdəyik və buna görə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirik”.

Bunu “Report”un əməkdaşına Adıyaman Universitetinin rektoru, professor Mehmet Turqut bildirib.

Rektor deyib ki, Azərbaycan əhalisinin də zəlzələ fəlakətinin ölkəsinin 85 milyon əhalisi ilə bərabər sarsıntılarını yaşadığına inanır:

“Mən Azərbaycanla Türkiyəni bir canda axan iki qan damarı hesab edirəm. Necə ki, illərdir Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsinə biz Türkiyə olaraq mənəvi dəstək verdik, hər ağır günümüzdə Azərbaycan da dövlət və xalq olaraq yanımızdadır. Mən İlham Əliyevi öz xalqı kimi səxavətli, mərd, cəsur bir insan olaraq xarakterizə edirəm və belə bir oğulu yetişdirdiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

Mehmet Turqut Türkiyə və Azərbaycan insanlarının birlik-bərabərlik ruhu, türk dünyasının dəstəyi və dövlətinin qüdrəti ilə yaşadıqları ağır fəlakətdən tezliklə xilas olacaqlarına inandığını qeyd edib.

Hazırda Türkiyəyə dünyanın demək olar ki, əksər ölkələrindən dəstək gəldiyini bildirən rektor humanist mövqeli insanlara da təşəkkürünü bildirib:

“İçində insanlıq hisslərini yaşadan, humanist mövqeli bütün insanlardan Allah razı olsun”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir