Cəmiyyət

Yardımı ilə gündəm olan Sərvər Türkiyədə xilasetmə işlərinə qatılıb – FOTO/VİDEO

Sharing is caring!

Köhnə avtomobili ilə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım aparmasıyla gündəmə gələn Sərvər Bəşirli Adıyamandakı xilasetmə işlərinə qatılıb.

Ceyranbatan qəsəbəsində yaşayan 34 yaşlı həmyerlimiz qardaş ölkədə zəlzələdən zərər çəkənlərə bilavasitə kömək etməyə çalışır.

“Burada insanlar çadırlarda yaşayırlar. Əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Üç gündür ki, buradayam və yardımlarda iştirak etmişəm. Qardaş ölkəyə kömək etmək lazımdır. Mən ehtiyacı olanları paltar, çarpayı, ədyal və ayaqqabı ilə təmin etmişəm. Sonra digər ləvazimatları toplamağa çalışmışam. İki dövlət, bir millət olaraq bu ağrı Azərbaycanda çox hiss olunur. Qocadan tutmuş uşaqlara qədər bir çox azərbaycanlı burada yardım işlərində iştirak edir. Türkiyənin dərdinə şərikik”, – deyə o, bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir