Cəmiyyət

İsmayıllıda buzlu yol yeddi avtomobilin toqquşmasına səbəb oldu: Yaralılar var

Sharing is caring!

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili – “Mercedes”, “Opel”, “Qazel”, “Ford”, “Toyota Prius”, “Hyundai SantaFe” və VAZ-2107 markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir