Cəmiyyət

FHN Kahramanmaraşda daha üç ünvanda növbəti çadır şəhərcikləri qurub – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Bu barədə FHN-dən bildirilib.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb.

Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir