Cəmiyyət

DİN: “Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırmalar aparılır” – VİDEO

Sharing is caring!

Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib.

Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir