Cəmiyyət

Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, 10 101 nəfər vəfat edib, aktiv xəstə sayı 120 nəfərdir.

Ölkədə son sutka ərzində 1 480, hazırkı dövrədək isə 7 510 900 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir