Cəmiyyət

Azərbaycandan Türkiyəyə humanitar yardım aparan iki yük təyyarəsi İncirlik aviabazasına enib

Sharing is caring!

Azərbaycandan Türkiyədə zəlzələdən zərər çəkənlər üçün humanitar yardım aparan iki yük təyyarəsi Adanadakı İncirlik aviabazasına enib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycandan qardaş ölkəyə humanitar yardım aparan təyyarələrin sayı 12-yə yüksəlib.

Məlumata görə, təyyarələrdən birində 1 000 qızdırıcı və 891 çadır, o birində isə 14 700 paltar və 759 çadır var.

Humanitar yardım materialları təyyarələrdən boşaldılıb və hava yardımı dəhlizinin yerləşdiyi əraziyə daşınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir