Cəmiyyət

Azərbaycan könüllüsü: “Sonadək Türkiyənin yanında olacağıq” – FOTO

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş şəhərində yerli sakinlərə xidmət göstərirlər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirirlər.

Könüllülərimiz gün ərzində yüzlərlə zərərçəkmişə səyyar şəkildə çay, su paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırırlar.

Həmçinin Azərbaycan könüllüləri Kahramanmaraşın kəndlərinə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak edirlər.

Azərbaycan könüllüsü Taleh Kərimzadə “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbətində bildirib ki, Kahramanmaraşda zərərçəkmişlərə ilkin tibbi yardım göstərirlər:

“Biz fevralın 10-da Azərbaycan könüllüsü olaraq, 100 nəfərdən ibarət heyətlə birlikdə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəldik. Burada təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardımlar göstəririk. Eyni zamanda Kahramanmaraşda zərərçəkmişlərə ilkin tibbi yardım edilir. Çadırlarda azyaşlı uşaqlar üçün modul bağçalar hazırlamışıq. Uşaqlarla məşğul olan psixoloqlarımız var. Türkiyənin kəndlərinə səfər edərək sakinlərə yardımlar paylayırıq. Həmçinin buraya gələn TIR-ların içərisindəki humanitar yardımların boşaldılmasına, çadırların qurulmasına köməklik edirik. Azərbaycan könüllüləri burada birgə fəaliyyət göstərir. Biz sona qədər Türkiyənin yanında olacağıq, burada fəaliyyətimizi davam etdirəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir