Cəmiyyət

Xızıda cinayətdə təqsirləndirilən şəxs narkotikdən zəhərlənərək ölüb

Sharing is caring!

Xızıda təqsirləndirilən şəxs narkotikdən zəhərlənərək ölüb.

APA xəbər verir ki, 1976-cı il təvəllüdlü Əlyarov Mehrab Hüseyn oğlu yaşadığı Giləzi qəsəbəsindəki fərdi evdə narkotik vasitə zəhərlənməsindən ölüb.

Onun barəsində Xızı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) cinayət işi açılmışdı.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir