Cəmiyyət

Azərbaycanda onkoloji xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb

Sharing is caring!

Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə APA-ya açıqlamasında bildirib ki, ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıblar:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir