Cəmiyyət

Narkotik maddələr daxili orqanlara dağıdıcı təsir göstərir

Sharing is caring!

“Narkotik maddələr növündən asılı olaraq daxili orqanlara dağıdıcı təsir göstərir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, psixatrik maddə istifadəçilərinin orqanizmində geriləmə müşahidə olunur:

“Bütün orqan sistemində dəyişikliklərə səbəb olur. Orqanizm cavandırsa, bir çox problemlərə səbəb olur. Narkotik maddələrin növünü müəyyənləşdirmək üçün analiz nümunələri götürülür”.

O.Cəfərov qeyd edib ki, bir dəfə sonra yenidən istifadə psixoloji asılılığın olduğunu göstərir:

“İlk istifadə asılılıq yaratmayacağını düşünürlər. İlkin müddətdə bu şəxslər psixatrik maddə istifadəçiləridir. İstədiyi vaxt qurtula biləcəklərini fikirəşirlər. İstənilən narkotik maddənin istifadəsində psixoloji asılılıq yaranır. Artıq iki və üçüncü həftə psixoloji asılılıq yaranır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir