Cəmiyyət

Deputat: “1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur”

Sharing is caring!

Bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Tahir Rzayev bildirib.

“Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb”, – deyə deputat əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir