Cəmiyyət

Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb

Sharing is caring!

Gəncə sakini özünü yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.

Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir