Cəmiyyət

Tolqa Tolunay: “Hazırda Kahramanmaraşda epidemiloji və yoluxucu xəstəlik yoxdur”

Sharing is caring!

“Hazırda Kahramanmaraşda epidemioloji və yoluxucu xəstəlik yoxdur”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunay jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, zəlzələnin baş verdiyi ərazilərdə lazımi tədbirlər görülür:

“Hazırda ərazidə işlər davam etdirilir. İnanırıq ki, yoluxucu xəstəliklər olmayacaq. Hazırda əlimizdən gələn hər şeyi edəcəyik”.

“Qardaş ölkə olaraq Kahramanmaraşda olmağınızdan çox xoşbəxtik. Bu çətin vaxtlarda bizim yanımızda göstərdiyiniz birlik və bərabərlik bizim üçün çox önəmlidir. Siz bizim, biz də sizin yanınızdayıq. Biz qardaşıq, birlikdə güclüyük. Bu çətin günlərə bərabər qalib gələcəyik”, – Tolqa Tolunay əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir