Cəmiyyət

Xəstəlikdən əziyyət çəkən 17 yaşlı Rəşadın anası: “Artıq yeriyə və otura bilmir” – FOTO

Sharing is caring!

17 yaşlı Rəşadın sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə Oxu.Az-a onun anası Məhbubə Quliyeva məlumat verib. 

O bildirib ki, oğlu Autoimnun ensefalit (baş beyinin iltihabı), NMO spektrum (optik sinirin və onurğa beyinin iltihabı ilə xarakterizə olunan otoimmun, iltihablı və demiyelinləşdirici xəstəliyi) xəstəliyindən əziyyət çəkir. 

“Rəşadın səhhəti ilə bağlı heç vaxt problem olmayıb. Bu ilin may ayında mənə ayaqlarının keyidiyini və soyuq olduğunu dedi. Bir neçə gün keçdikdən sonra gördüm ki, yeriməkdə əziyyət çəkir. Həkimə apardıq, problemin belində olduğunu dedilər. Müalicə aldıqdan sonra problem həll oldu. Daha sonra avqust ayında yenidən bədəninin zəiflədiyini hiss etdim. Qaşıq tutmaqda çətinlik çəkirdi. Yenidən həkimə getdik, bu dəfə problemin beynində olduğunu öyrəndik. Yenə müalicə aldı və vəziyyəti yaxşılaşdı. İndi isə xəstəlik yenidən baş qaldırıb. Rəşad artıq yatağa məhkum olub. Ayağa qalxa, otura bilmir. Rəşada 3 ay hər həftə “MabThera” (Romatoid artritin (İltihablı Revmatizma) müalicəsində istifadə olunur) adlı iynə vurulmalıdır. İynənin biri isə 750 manatdır. Bir aylıq iynəsi artıq vurulub. Qarşıdaki iki ayda isə bu iynəni almağa imkanımız yoxdur. Həmin iynə Rəşada vurulandan bəri onda xeyli irəlləyiş hiss edirik”.

Məhbubə Quliyeva bildirib ki, oğlunun musiqiyə böyük həvəsi var:

“Beş il musiqi məktəbinə gedib. Özü sintezatorda çox gözəl ifa edir. Onun gələcəklə bağlı çox arzuları var, həyatı, yaşamağı çox sevir. İmkanlı şəxslərdən mənim balama kömək olmalarını xahiş edirəm. Xahiş edirəm, mənim balamın öz həyatına qayıtmasına, arzularını reallaşdırmasına kömək olun”.

Ailə ilə əlaqə üçün: 050 540 50 73 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir