Cəmiyyət

Kahramanmaraşda axtarış-xilasetmə işlərinə FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib – FOTO

Sharing is caring!

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itləri də cəlb edib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda təlim görmüş itlər vasitəsi ilə Kuddisi Baba bulvarındakı binaların dağıntıları altında qalmış şəxslərin axtarışlarını aparır.

Ehtimal edilir ki, həmin ərazidə insanlar var.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir