Cəmiyyət

Telefonu əlindən alınan qadın qardaşları tərəfindən döyülüb?

Sharing is caring!

Məişət zorakılığı qurbanı olan qadının qardaşları tərəfindən döyülməsi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, döyülən qadının telefonu əlindən alınıb, əlaqə yaratmaq mümkün deyil.

İddia edilib ki, qadının təhülkəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilsə də, təmin edilməyib və qadın döyülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdədir, araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məişət zorakılına məruz qalmış qadınla əlaqə yaratmaq mümkün olub:

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eyni zamanda, yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiyaya məlumat verilib. Məsələ nəzarətə götürülüb və hüquqi addımlar atılır. Məişət zorakılığının qarşısını almaq üçün bütün tədbirlər görülür”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir