Cəmiyyət

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 235 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 150 nəfərdir.

Ölkədə son sutka ərzində 879, hazırkı dövrədək isə 7 505 997 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir