Cəmiyyət

Emin Əmrullayev: “Azərbaycan və İsrail STEAM sahəsində əməkdaşlıq edirlər”

Sharing is caring!

“Təhsildə 1990-cı illərdən bu günə qədər sıçrayış müşahidə olunmayıb”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, İsrail ilə əməkdaşlıq təhsil sistemini inkişaf etdirəcək:

“Onların sayəsində təhsil inkişaf edəcək. Azərbaycan və İsrail STEAM sahəsində əməkdaşlıq edirlər. Bir çox tələbələr bu proqram çərçivəsində təhsil alırlar. Proqram hesabına təhsil daha yaxşı mənimsəniləcək”.

Nazir qeyd edib ki, Azərbaycanın təhsil sisteminə müəyyən investisiyalar qoyulmalıdır:

“Son 30 ildə təhsilə vəsait ayrılsa da, təhsil keyfiyyətinin yaxşı olmadığı görürük. Təhsil sahəsində innovasiyaların tətbiqi hələ təhsilin fundamental əsaslarını unutmaq demək deyil”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir